Pol Poqba ilk oyunu buraxacaq

Pol Poqba ilk oyunu buraxacaq
XƏBƏR 12 Avqust 2016 / 17:19 3186
-  A +

“Mançester Yunayted”in yeni transferi Pol Poqba Premyer Liqanın ilk turunda komandasına kömək edə bilməyəcək.

Qol.az-ın İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə,  buna səbəb  fransalı yarımmüdafiəçinin cəzalı durumda olmasıdır.

O, ötən mövsüm “Yuventus”un heyətində İtaliya kubokunun yarımfinal və final matçında sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, avqustun 14-də “Bornmut”la keçiriləcək oyunda Joze Mourinyo cəzalı durumda olan Kris Smolinqin xidmətindən də yararlana bilməyəcək.

Son xəbərlər
topaz banner