“Qarabağ”ın yeni transferi Bakıda

“Qarabağ”ın yeni transferi Bakıda
XƏBƏR 12 Avqust 2016 / 14:10 11886
-  A +

Kiprin “Anartosis” klubunun hücumçusu Dino Ndlov “Qarabağ”la danışıqları yekunlaşdırmaq üçün ötən gecə Bakıya gəlib.

Qol.az-ın məlumatına görə, bu barədə  Kipr mətbuatı xəbər yayıb.

26 yaşlı futbolçu bu gün tibbi baxışdan keçəcək. Hər şey qaydasında olsa, onunla iki illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2012-ci ildən Cənubi Afrika millisinə dəvət alan Dino yığmada 4 rəsmi oyun keçirib.

Son xəbərlər
topaz banner