Hazırda həbsdə olan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi bu gün Bakı Appelyasiya Məhkəməsində davam etdirilib.
Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, proses nəzərdə tutulandan 1 saat 45 dəqiqə sonra başlayıb.
20 dəqiqə davam edən məhkəmə prosesində əvvəlcə Cavid Hüseynovun vəkili Adəm Məmmədov çıxış edib. O, hüquqlarını qoruduğu şəxsin günahsız olduğunu, barəsində qəbul edilən 4 illik həbs cəzasının absurd olduğunu bildirib. Adəm Məmmədov məhkəmədən Cavid Hüseynovun bəraətini xahiş edib.
Daha sonra söz Cavidin yeni vəkili, onun hüquqlarını qoruyan ikinci şəxs İlqar Musayevə verilib. O, Adəm Məmmədovun dedikləri ilə tam razı olduğunu və hüquqlarını qoruduğu şəxsin bəraətini istəyib.
Sonra söz Cavid Hüseynova verilib: “Vəkillərin dedikləri ilə tam razıyam. Mən də məhkəmədən bəraətimi xahiş edirəm. Bütün Azərbaycan günahsız olduğumu bilir”.
Yekunda hakim məhkəmə prosesinin avqustun 19-na təxirə salındığını açıqlayıb.
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da