“Kəpəz” – AZAL oyununa giriş pulsuz olacaq

“Kəpəz” – AZAL oyununa giriş pulsuz olacaq
XƏBƏR 12 Avqust 2016 / 10:41 2871
-  A +

Topaz Premyer Liqasında 2016/2017-ci illər mövsümünün II turu çərçivəsində keçiriləcək “Kəpəz” – AZAL oyununa baxmaq üçün arenaya giriş pulsuz olacaq.

Qol.az-ın Gəncə klubunun saytına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi “sarı-göylər”in yeni çempionatda Gəncədə ilk ev oyunu olduğundan stadionda bilet satışını həyata keçirməyəcək.

Xatırladaq ki, klub rəhbərliyi tərəfindən ötən mövsümün əvvəlində də eyni addım atılıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner