Paulo Bentu “Olimpiakos”da

Paulo Bentu “Olimpiakos”da
XƏBƏR 11 Avqust 2016 / 17:02 2352
-  A +

Portuqaliya millisinin sabiq baş məşqçisi Paulo Bentu Yunanıstan “Olimpiakos”unun baş məşqçisi təyin edilib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Müqavilənin məğzi açıqlanmayıb. Yunanıstan mətbuatı isə yazıb ki, 47 yaşlı portuqaliyalı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2011-2014-cü illərdə Portuqaliya millisinin baş məşqçisi işləyən P.Bentunun son iş yeri Braziliyanın “Kruzeyro” komandası olub.


Son xəbərlər
topaz banner