"Növbəti turun qarşılaşmasına adi qaydada hazırlaşırıq. Məşq prosesi həmişəki kimi davam edir. Komandada zədəli futbolçu yoxdur".
Qol.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının II turunda “Qəbələ” ilə oyun öncəsi klubun saytına deyib.
O, rəqibin yaxşı komanda olduğunu vurğulayıb:
"Bu faktı çoxdan təsdiqləyiblər. Onlar ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb, indi də bu uğuru yenidən təkrarlaya bilərlər. Biz rəqibimizə Avropa Liqasında uğurlar arzulayırıq. Öz oyunumuza gəlincə, bu komandanın necə oynadığını bilirik və həmin matça ciddi hazırlaşacağıq. Qarşılaşma həmişə olduğu kimi, çətin keçəcək. Bizim üçün bütün oyunlar ağır və çətin olur. Növbəti oyunda müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər