Kipr klubu “Qarabağ”ın təklifini qəbul etdi

Kipr klubu “Qarabağ”ın təklifini qəbul etdi
ÖLKƏ FUTBOLU 10 Avqust 2016 / 18:00 19159
-  A +

"Anortosis" klubunun futbolçusu Dino Ndlovunun “Qarabağ”a keçidi dəqiqləşib.

Qol.az-ın soccerladuma.co.za saytına istinadən yaydığı xəbərə görə,  Kipr klubu “Qarabağ”ın təklifini qəbul edib.

Yaxın günlərdə 26 yaşlı hücumçu Bakıya gələcək. Onunla iki illik   müqavilə imzalanacağı gözlənilir.
Ağdam klubunun afrikalı futbolçu üçün  təxminən 350 min avro ödəyəcəyi bildirilir.

Qeyd edək  ki, Cənubi Afrika millisinin üzvü olan D.Ndlovu ötən mövsüm  Kipr çempionatında  meydana çıxdığı 28 oyunda 16 qol vurub.

Daha çox


Son xəbərlər