Pol Poqbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçməsi ilə futbol tarixini yeni ən bahalı transferi gerçəkləşdi. Bu transfer üçün ingilislər İtaliya klubuna 2 il ərzində düz 105 milyon avro təzminat ödəyəcək (5 ildən sonra Poqba yeni müqavilə bağlasa və ya bu müddət ərzində başqa kluba 50 milyon avrodan baha qiymətə satılsa, "Yuventus" “MY”dən daha 5 milyon avro qazanacaq).
P.Poqba özü isə yeni klubunda həftəyə 220 min funt sterlinq gəlir əldə edəcək (təqribən 250 min avro). Transferdən 20 milyon avro isə futbolçunun agenti Mino Rayola ödəniləcək (hər klub 10 milyon).
Qol.az xəbər verir ki, bu keçidlə dünyanın ən bahalı 10 transferinin siyahısında bu yay üçün ikinci dəyişiklik olub. Bundan öncə 90 milyon avroya “Napoli”dən “Yuventus”a keçən Qonsalo İquain bu siyahıya düşmüşdü.
Ümumilikdə hazırda dünya futbol tarixinin 10 ən bahalı transferi aşağıda adları qeyd edilən futbolçulardır:
1. Pol Poqba, 2016. “Yuventus” – “Mançester Yunayted” – 105 milyon avro
2. Qaret Beyl, 2013. “Tottenhem” – “Real” – 101 milyon avro
3. Kriştiano Ronaldo, 2009. “Mançester Yunayted” – “Real” - 94 milyon avro
4. Qonsalo İquain, 2016. “Napoli” – “Yuventus” – 90 milyon avro.
5. Neymar, 2013. “Santos” – “Barselona” – 88.2 milyon avro
6. Luis Suares, 2014. “Liverpul” – “Barselona” – 81,72 milyon avro
7-8. Anhel di Mariya, 2014. “Real” – “Mançester Yunayted” – 75 milyon avro
7-8. Xames Rodriges, 2014. “Monako” – “Real” - 75 milyon avro
9. Kevin de Bryune, 2015. “Volfsburq” – “Mançester Siti” – 74 milyon avro
10. Zinəddin Zidan, 2001. “Yuventus” – “Real” – 73, 5 milyon avro
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq