Millimizdən heç-heçə

Millimizdən heç-heçə
XƏBƏR 9 Avqust 2016 / 10:35 2935
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirində ikinci oyununu keçirib.
 
Qol.az-ın məlumatına görə, Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 2:2. Komandamızın qollarını Kamran Quliyev və Şakir Seyidov vurub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 11-də çıxacaq. Rusiya-2 yığmasına qarşı keçiriləcək görüş Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner