“Fənərbaxça”nın rəqibi Türkiyə səfərindən çəkinir

“Fənərbaxça”nın rəqibi Türkiyə səfərindən çəkinir
XƏBƏR 8 Avqust 2016 / 14:24 6504
-  A +

Avropa Liqasının pley-off mərhələsində “Fənərbaxça”nın rəqibi olan İsveçrənin “Qrasshoppers” klubu Türkiyədəki məlum hadisələrə görə bu ölkəyə gəlməkdən çəkinir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub prezidenti Stefan Anliker bu barədə açıqlama verib.

"Biz “Fənərbaxça” klubundan və UEFA-dan təhlükəsizliyimizin  tam qorunacağına dair təminat istəyirik. Əks təqdirdə UEFA-dan matçın başqa ölkədə keçirilməsini tələb edəcəyik. Hansı turnir olur-olsun, belə şəraitdə oynamaq istəmirik”.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 18-də İstanbulda keçirilməlidir.

Son xəbərlər
topaz banner