Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Topaz Premyer Liqasının 2016/17 mövsümünün ilk dublunun müəllifi olub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçi I turun “İnter” – “Qarabağ” oyununun ikinci hissəsində 2 qol vuraraq, komandasına qələbə qazandırıb – 2:1.
Bu, Abışovun Premyer Liqa karyerasında ilk dublu olub. Bu matçadək yüksək liqada 176 oyun keçirən futbolçu heç vaxt bir görüşdə 2 dəfə fərqlənməmişdi. Ölkə çempionatlarında 12 qol vuran Ruslan bu topları 12 müxtəlif qarşılaşmada rəqib qapısından keçirmişdi. Abışov karyerasında 4-cü klubun heyətində çempionatda qol sevinci yaşayıb. 2 qol vurduğu “İnter”ədək “Neftçi”də 7 dəfə fərqlənən arxa xətt oyunçusu “Xəzər Lənkəran”da 1, “Qəbələ’”də 4 dəfə rəqib qapısına yol tapıb.
Abışovun “Qarabağ”ın qapısından keçirdiyi 2-ci top “İnter”in öz meydanında vurduğu yubiley – 350-ci top olub. 232-ci ev oyununda buna nail olan bakılılar evdə 139 top buraxıb.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər