“Qəbələ” sabah Topaz Premyer Liqasının 2016-2017-ci illər mövsümündə ilk oyununa çıxacaq.
Qol.az-ın məlumatına görə, “Qırmızı-qaralar” Bakıda keçiriləcək görüşdə “Kəpəz”i qəbul edəcək. Klubunun yetirməsi Elvin Camalov yeni mövsüm və çempionatın ilk matçı haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
“Sabah çempionatda ilk matçımıza çıxacağıq. UEFA Avropa Liqasının ilk üç təsnifat mərhələsini keçdikdən sonra fikrimizi Premyer Liqaya yönəltmişik. Yeni mövsümdə bir məqsədimiz var ki, bu da çempion olmaqdır. “Kəpəz”lə görüş bizim üçün qızıl medallar uğrunda mübarizənin başlanğıcıdır. İlk rəqibimiz olan “Kəpəz”i yaxşı tanıyırıq. Təəssüf ki, bu komanda avrokuboklarda mübarizəni dayandırdı. Azərbaycanın hər bir klubunun qitəmiqyaslı turnirlərdə mümkün qədər irəliləməsini istəyirəm. İndi onların da çempionata yüksək motivasiya ilə hazırlaşdığını düşünürəm. Sabah meydanda əsl mübarizə olacağına ümid edirəm. Avrokuboklardakı uğurlu oyunlardan sonra motivasiyamız çox yüksəkdir. Tamamilə qələbəyə köklənmişik. İlk turu 3 xalla başa vurmalıyıq. Yeganə istəyimiz də budur və qələbə üçün meydana çıxacağıq. Legioner limiti ilə bağlı UEFA Avropa Liqasından fərqli heyətlə mübarizə aparmalı olacağıq. İnanmıram ki, bu, hər hansı çətinlik yaratsın”.
“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq. Püşkün üz-üzə qoyduğu komandalar 2 il əvvəl Sloveniyadakı təlim-məşq toplanışında da görüşüb. “Qırmızı-qaralar”ın 1:0 hesablı qələbəsinin iştirakçılarından olan Camalov püşkün nəticəsi və qarşıdakı oyunlar haqda fikirlərini açıqlayıb: “Bu komandaya qarşı oynasaq da, həmin görüşdən sonra xeyli vaxt keçib. İndiki “Maribor” pley-offa qədər irəliləyibsə, deməli, güclü komandadır. İnanıram ki, bu rəqibi də mübarizədən kənarlaşdırıb, ötən mövsümkü tarixi yenidən təkrarlayacağıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik ki, bunun üçün də sloveniyalıları məğlub etməliyik”.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!
Azərbaycan 1-ci Liqasında yeni mövsümün - Tam təqvimi
"İnter"in futbolçusu "Latsio"da
"Kəpəz"də yeni müqavilə
"Fənərbaxça"nın futbolçusu Braziliya klubuna keçir