“Futbolçularıma qəhrəman deyə bilmərəm” – Svanadze

“Futbolçularıma qəhrəman deyə bilmərəm” – Svanadze
ÖLKƏ FUTBOLU 7 Avqust 2016 / 22:40 5620
-  A +

"Qarabağ”a qarşı pis oynamadıq. Xüsusilə ikinci hissədə yaxşı çıxış etdik. Oyundan razı qaldım”.

Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının I turunda "Qarabağ"la keçirilən ev oyunundan sonra deyib.

Gürcü mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Qarabağ"ı məğlub etdikləri üçün futbolçularıma qəhrəman deyə bilmərəm. Amma onlara məğlub olacaqları təqdirdə də irad bildirməyəcəyimi söyləmişdim. Çempionatın iştirakçıları güclü, iddialı komandalardır və bu baxımdan çətin olacaq. Ötən mövsüm bizim 15-16 futbolçumuz var idi. Qalanları gənc idi. İndi heyət genişdir, hər mövqeyə iki namizəd var. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Qələbəni bütün komandanın ayağına yazmaq lazımdır. Özümüzü favorit hesab etmirik".

Daha çox


Son xəbərlər