“Monako” Falkaonu itirdi

“Monako” Falkaonu itirdi
DÜNYA FUTBOLU 6 Avqust 2016 / 01:47 8188
-  A +

Radamel Falkao qarşıdakı həftələrdə “Monako”ya kömək edə bilməyəcək.

Qol.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Fənərbaxça”ya qarşı baş tutan görüşdə (3:1) xəsarət alan kolumbiyalı forvardın zədəsi ciddidir.

Həkim müayinəsindən sonra məlum olub ki sol dizindən xəsarət alan Falkao 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, təcrübəli hücumçu ÇL-in pley-off mərhələsində “Vilyarreal”la görüşlərdə meydanda olmayacaq.

Qarabağ FK
Son xəbərlər
topaz banner