“Spartak”ın yeni baş məşqçisi Berdıyev olacaq

“Spartak”ın yeni baş məşqçisi Berdıyev olacaq
XƏBƏR 6 Avqust 2016 / 01:18 4562
-  A +

“Spartak”ın yeni baş məşqçisi Kurban Berdıyev olacaq.

Qol.az-ın “Matç TV”yə istinadən verdiyi xəbərə görə, Moskva klubunun rəhbərliyi artıq təcrübəli mütəxəssislə anlaşıb. Berdıyev “Spartak”lə 2 illik müqavilə imzalayacaq.

“Spartak” hələ bir neçə ay əvvəl “Rostov”un çalışdırıcısı ilə maraqlanırdı. Lakin həmin vaxt razılıq əldə olunmamışdı. Dmitri Aleyniçevin istefasından sonra yenidən diqqətlər Berdıyevə yönəlib və bu dəfə ortaq məxrəcə gəlmək mümkün olub.

Qeyd edək ki, ötən mövsüm “Rostov”a Rusiya Premyer Liqasının gümüş medallarını qazandıran Berdıyev cari mövsümdə də komandanı Çempionlar Liqasında pley-offa daşıyıb.

Son xəbərlər
topaz banner