Azərbaycan və İsveç klubları avrokuboklarda 3-cü dəfə rəqib olublar. İlk qarşılaşma da məhz "Qarabağ"la, məhz Avropa Liqasında olub.
Bu, 2013/14 mövsümündə turnirin III təsnifat mərhələsində "Gefle" klubu ilə dueldir. Ağdam klubu 2013-cü ilin avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda 89-cu dəqiqədə braziliyalı hücumçusu Reynaldo Silvanın vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib. Bundan 1 həftə sonra İsveçdə keçirilən cavab oyunu "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qolların müəllifləri braziliyalı legionerlər - 41-cü dəqiqədə yarımmüdafiəçi Çumbinyo, 50-ci dəqiqədə Reynaldo olub.
Bundan sonrakı mövsüm "İnter" Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"a rəqib olub. Bakı təmsilçisi 2014-cü ilin iyulun 17-də səfərdə keçirilən ilk matçda makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevskinin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Bir həftə sonra "İnter Arena"da keçirilən cavab oyununda isveçlilər 45+1-cü dəqiqədə Sebastyan Holmenin 45+1-ci dəqiqədə vurduğu qolla qalib gəlib. Özü də həmin matçda "İnter" gürcü müdafiəçisi Laşa Salukvadze birbaşa qırmızı vərəqə aldığına görə oyunun demək olar bütün hissəsini azlıqda keçirməli olub.
Cütün qalibini müəyyənləşdirmək üçün əlavə vaxt da nəticəsiz qalıb. Oyunsonrası penaltilərdə rəqib 4:3 hesabı ilə qələbəni bayram edib. Həmin vaxt "İnter"in şərəfini qoruyan, bu yay isə "Qarabağ"a keçən müdafiəçi Arif Daşdəmirovun qeyri-dəqiq zərbəsi həlledici olub.
Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçin "Göteborq" klubu ilə ilk matçını avqustun 18-də səfərdə, cavab matçını avqustu 25-də evdə keçirəcək (sportnet.az).
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər