Ötən mövsüm bitəndən sonra "Qəbələ"ni tərk edən Aleksey Qay özünə yeni klub tapıb.
Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, 34 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyanın birinci divizion təmsilçisi "Kuban"da davam etdirəcək.
Artıq Rusiya mətbuatı da Qayın ötən mövsüm Premyer Liqada yerini qoruya bilməyən Krasnodar təmsilçisinin yeni futbolçusu olduğu haqda məlumat yayıb.
Xatırladaq ki, Qay "Qəbələ"də çıxış etdiyi ilyarımda Azərbaycan Premyer Liqasının 2 dəfə bürünc mükafatçısı olub. O, bunadək karyerasını vətənində "Şaxtyor", "İlyiçevets" və "Çernomorets" klublarından keçirib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur