"Qəbələ”nin prezidenti “Lill”lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Qəbələ” “Lill”i Bakıda məğlub etməklə mərhələ adladı. Qarşılaşma haqda nə söyləyə bilərsiz?
- Görüş çox yaxşı alındı. Aydındır ki, "Lill" kimi komandanı üstələmək çox çətin idi. Mənim üçün və eləcə də hamı üçün çox həyəcanlı gün idi. Komandamız gözəl qələbə qazanmaqla mərhələ adladı.
- “Lill” cütün favoriti olsa da, “Qəbələ” hər iki görüşdə inamlı təsir bağışladı. Komandadan belə gözəl oyun gözləyirdiz?
- Səfərdəki 1:1 hesablı nəticə çox əlverişli idi. Lakin "Lill" də qələbəyə köklənmişdi. Mərhələni keçmək üçün əllərindən gələni etməli idilər. Ən güclü oyunçularını heyətə daxil etmişdilər. Amma bu gün "Qəbələ" ilə bacarmadılar.
- Növbəti mərhələ üçün yeni transfer gözləmək olar?
- Hazırda bir hücumçu axtarışındayıq. Ümid edirəm ki, onu yaxınlarda tapacağıq.
- Deyə bilərik ki, "Lill" kimi güclü komandanı keçən “Qəbələ” üçün artıq pley-offdakı rəqibin kimliyi önəm daşımayacaq. Çünki komandanız istənilən rəqibə qarşı oynaya bildiyini sübuta yetirdi.
- Xeyr, qətiyyən belə demək olmaz. Çünki pley-offda daha güclü rəqiblə qarşılaşa bilərik. Ona görə də qarşıdakı görüşlərə ciddi hazırlaşmalıyıq.
- Fransadan bugünü oyun üçün azarkeşlərə çağırış etmişdiniz. Fanatların dəstəyindən razı qaldınız?
- Fürsətdən istifadə edərək, ilk növbədə jurnalistlərə təşəkkür edirəm ki, böyük iş gördülər. Azarkeşləri stadiona dəvət etdiniz. Hər həs birlik göstərdi. Həqiqətən də bu gün 12-ci oyunçu bizim azarkeşlər idi. Onlara da təşəkkür edirəm.
- Avroliqada inamlı təsir bağışlayan “Qəbələ” çempionatda bu mövsüm "Qarabağ"ın hegemonluğuna son qoya bilər?
- Hazırkı heyətimiz ötənilkindən güclüdür. Çempionatda ötənilkindən daha yaxşı nəticə göstərməyə borcludurlar. "Qarabağ" çox güclü rəqibdir. Çətin olacaq. Amma əlimizdən gələni edəcəyik ki, çempion olaq.
- Amma nəzərə almaq lazımdır ki, çempionatda legioner limiti “Qəbələ”yə çətinlik yaradacaq...
- Bəli, bu, bizim çox böyük problemdir. Azərbaycan futbolunda yerli futbolçuların kifayət qədər olmaması çatışmazlıqdır. Çalışacağıq ki, öz yerli oyunçularımıza güvənək.
- Hələ Lilldə qələbəni Cavid Hüseynova həsr edəcəyinizi demişdiniz. Bugünkü nəticədə həmin açıqlamanın nə dərəcədə rolu oldu?
- Əlbəttə, bunu ilk oyunda da qeyd etmişdik. Bayaq futbolçularla görüşəndə onlara da minnətdarlığımı bildirdim. Bu gün futbolçular özləri üçün nə qədər oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar.
Mənbə: Futbolxeber.az
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur