Tarixi qolun müəllifi danışdı

Tarixi qolun müəllifi danışdı
XƏBƏR 5 Avqust 2016 / 00:01 7652
-  A +

"Bu, ən vacib qolumdur. Çox sevinirəm ki, mərhələ adladıq".

Qol.az-ın xəbərinə görə,  bunu "Qəbələ"nin futbolçusu Filip Ozobiç Avropa Liqasının III təsnifat mərhələsinin “Lill”lə  cavab görüşündən  sonra  “CBC Sport”a deyib.

Oyunda yeganə qolun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi qələbəni belə şərh edib:  "Zərbəni vurarkən, topun qapıya daxil olduğunu dərhal gördüm. Futbolçularımızın əzmkarlığını da qeyd edərdim. Məqsədimiz qrup mərhələsinə yüksəlməkdir. Bir-birimizlə daha çox birgə oynasaq, çox yaxşı olacaq".

Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner