Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Qəbələ" "Lill"i 1:0 hesabı ilə məğlub edərək adını pley-offa yazdırıb.
Qol.az-ın Sport7.az-a istinadən yaydığı xəbərə görə, oyundan sonra təşkil edilmiş mətbuat konfransında qonaqların baş məşqçisi Frederik Antonetti juranlistlərin suallarını cavablandırıb.
- Qarşılaşma ilə bağlı nə deyə bilərsiz?
- Hər iki komandanın futbolçuları layiqli mübarizə apardı. Bu, futboldu. Məğlubiyyəti də qəbul etmək lazımdı. Sadəcə, təəssüf hissi keçirirəm.
- Məğlub olacağınızı gözləyirdinizmi?
- "Qəbələ" ilə Fransadakı çətin oyunumuz olmuşdu. Buna görə də rəqibin gücünü nəzərə almışdıq. Ancaq "Qəbələ"nin futbolçularının əziyyətini dəyərləndirmək lazımdı. Onlar bu gün daha güclü idi. Azərbaycan klubuna əhsən!
- Püşkatmanın nəticəsi bəlli olandan sonra "Azərbaycan klubunu rahatlıqla keçə bilərik" deyə düşünməmişdiz?
- "Qəbələ"nin oyunlarını izləmişdim. Rəqibin heyəti güclü futbolçulardan ibarətdi. Buna görə də qələbə qazandılar.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur