“Həmişə Runini komandamda görmək istəmişəm” – Mourinyo

“Həmişə Runini komandamda görmək istəmişəm” – Mourinyo
XƏBƏR 4 Avqust 2016 / 18:40 5502
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandanın kapitanı Ueyn Runi haqda xoş sözlər deyib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis təcrübəli hücumçu barədə bunları bildirib:

“Həmişə Runini komandamda görmək istəmişəm. İndi bu arzuma çatmışam. Runi “Mançester Yunayted”də ən yaxşı illərini keçirib. O, komandasını çox sevir. Tezliklə ondan daha yaxşı oyun gərəcəyik”.

Qeyd edək ki, 2004-cü ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyan 31 yaşlı futbolçu 368 oyunda 178 qol vurub.

Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner