"Qarabağ" – "İnter" oyununun məkanı dəyişdirildi

"Qarabağ" – "İnter" oyununun məkanı dəyişdirildi
ÖLKƏ FUTBOLU 4 Avqust 2016 / 12:54 4568
-  A +

Topaz Premyer Liqanın 2016/2017-ci illər mövsümünün I turunda keçiriləcək "Qarabağ" – "İnter" oyununun məkanı dəyişdirilib.

Qol.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma "İnter Arena"da oynanılacaq.

Buna səbəb "Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işlərinin aparılmasıdır. Avqustun 7-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə "Qəbələ" - "Kəpəz" görüşünün stadionunun yeri də dəyişdirilib. Oyun avqustun 8-də Qəbələ şəhər stadionunda deyil, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner