"Qarabağ"ın mərhələ keçə bilməməsi hər birimizi üzdü. Şəxsi fikirimdi, "Qarabağ" "Vitoriya"dan güclü komandadır. Çexlər keçiləsi rəqib idi... "Qarabağ" cavab görüşündə çox yaxşı futbol sərgilədi. Sonluq alınmadı. Təbii, müəyyən səhvlər oldu”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov özünün Facebook səhifədində yazıb.
“Qarşıdan pley-off oyunları gəlir. Peşəkar analiz, təhlillər sonraya qalsın. Azarkeşlər özlərinə gəlməyibsə, təsəvvür edin məşqçi, futbolçular hansı vəziyyətdədi. Onların qısa müddətdə psixoloji çökmüş durumdan çıxması lazımdı. Bütün futbol ictimaiyyəti, jurnalistlər, azarkeşlər öz dəstəyini əsirgəməməlidi. İfrat təriflərlə yox, səmimiyyətlə...
Ölkə futbolunun durumu göz önündədi. Ümumi inkişaf strategiyasının olmaması, "Xəzər Lənkəran", "Bakı"nın tarixin yaddaşına köçməsi , "Neftçi", "Kəpəz", "Sumqayıt"in "şu(r)alaşması, "İnter"in kənarda qalması, səkkiz (?) komandalı çempionat və s..
Bu dözülməz durumda "Qarabağ", "Qəbələ"yə dəstək olmalıyıq. Xəstələnmiş futbol təsərufatından çıxıb Avropada nəticə qazanmaq asan deyil. "Qarabağ"ı müdafiə etmək fikirində deyiləm. Bu səviyyədə yarışların canlı iştirakçısı, hansı təzyiqlərdən keçmiş insan kimi, reallığı bildirirəm. Və bu işin içində olmayanların, futbolun dərinliyini bilməyənlərin "Qarabağ", "Qəbələ"in mənasız, məntiqsiz, şit təriflərinə, müdafiəsinə də ehtiyac yoxdur. Reallıq başqadır. Bir anlıq təsəvvür edin, "Qarabağ" və "Qəbələ", yuxarıda sadaladığım klubların cərgəsinə qoşulub. Qrupları qoyun kənara, heç iki mərhələ olmayacaqdı. Hər iki klubun rəhbərliyinə təşəkkürümü bildirirəm. Hansı təzyiqlərdən keçib komandalarını indiki səviyyədə saxlamalarını, şüralaşmaya getmədiklərini biz bilirik. Bunun bir adı var - fədakarlıq. "Qarabağ" və "Qəbələ"yə dəstək, tək klub futbolunun deyil, ümumi futbolun xilası ola bilər” – deyə T.Süleymanov qeyd edib.
O, sonda yazıb: “Çempionlar Liqasının qrupları xəyal deyil. Bunu həyata keçirmək mümkündür. İndiki durumda futbolumuzun "çiçəklənməsi" fonunda deyil, fərdi, komanda fədakarlığı, qəhrəmanlığı, peşəkarlığı sayəsində... Gələcək qəhrəmanlarımızın qədrini bilək...Onlar futbolumuzda çox deyil”.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət