“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin müsahibəsi
- Komandanız yoxlama oyununda “Şərurspor” üzərində 6:1 hesablı qələbə qazandı. Həmin qarşılaşmada komanda istədiyiniz oyunu sərgilədi?
- Avroliqadan sonra komanda çempionata köklənməlidir. Avroliqa bizim üçün artıq bitib. Hazırda bütün diqqətimizi qarşıdakı mövsümə yönəltmişik. Ona görə də son 1 həftədə gərgin məşqlər keçdik. Fiziki cəhətdən artırmaq, çatışmayan cəhətlərimizi düzəltmək üçün çalışdıq. Ağır məşqlərdən sonra “Şərurspor”la üz-üzə gəldik. Matçda bütün oyunçulara oynamaq imkanı yaradıldı. Birinci hissədə meydanda az oynayanlar, fasilədən sonra isə əsas heyət mübarizə apardı. Bəzi məqamlara aydınlıq gətirmək istəyirdik. Oyunda komanda mən istədiyimi edə bildi. Qarşıda bizi çətin çempionat gözləyir. Şərəfli işin öhdəsindən gəlmək üçün tam gücümüzlə çalışmalıyıq. Səhvləri minimuma endirməliyik.
- “Kəpəz”i çempionata tam hazır saymaq olar?
- Xeyr, tam hazır deyilik. Düzdür, keçənilkinə nisbətən bu vaxt üçün indi daha hazırlıyıq. 3-4 turdan sonra komanda ritmi tutacaq və daha hazır vəziyyətdə olacaq.
- Komandanızın ötən illə müqayisədə daha güclü olması fikrini qəbul edirsiniz?
- Tamamilə razıyam. “Kəpəz”in hazırda göstərdiyi futbol bunu deməyə əsas verir.
- Cari mövsüm üçün məqsəd nə olacaq?
- Gəncə azarkeşləri artıq 5-ci yerlə razılaşmayacaqlar. Daha yuxarı yerlər üçün oynamalıyıq. Yenidən avrokuboklara vəsiqə qazanmaq fikrindəyik. Düzdür, bu məqsəd üçün çox komanda mübarizə aparacaq. Çalışacağıq ki, ilk 4 yerdən birini tutaq. Amma buna nə qədər nail olacağıq, zaman göstərəcək. İstənilən halda, “Kəpəz”in məqsədi çempionatda ilk “dördlüy”ə düşməkdir.
- Sizcə bu mövsüm hansısa komanda Topaz Premyer Liqasında “Qarabağ”ın hegemonluğuna son qoya bilər?
- Mənə elə gəlir ki, qarşıdakı mövsüm keçənilkində daha çətin keçəcək. “Qarabağ”ın da, digər klubların da işi asan olmayacaq.
- Hazırkı legioner limitinin dəyişirilməsinə necə baxırsınız?
- Hazırda limit normaldı. Effekt verirsə, saxlamaq lazımdır.
- İlk 3 turda “Qəbələ”, AZAL və “İnter”lə qarşılaşacaqsınız. Təqvim işinizi çətinləşdirəcək? Nəzərə almaq lazımdır ki, 2 iddialı komanda ilə səfərdə qarşılaşacaqsınız.
- Bu çempionatda bütün oyunlar çətin keçəcək. 8 komandanın heç biri zəif deyil. Hər oyuna məsuliyyətlə yanaşmalıyıq. Bir qədər arxayınlaşdınsa, rəqib səni dərhal cəzalandıracaq. İtirilən hər xal baha başa gələcək. Mövsümün sonunda bunun acısını çəkməmək üçün hər oyuna ciddi yanaşmaq lazımdır.
Mənbə: Futbolxeber.az
Artetanın Yıldız xəyalı
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video