“Qəbələ”yə dəstək olaq!

“Qəbələ”yə dəstək olaq!
XƏBƏR 3 Avqust 2016 / 11:02 4148
-  A +

“Qəbələ” sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında “Lill”lə qarşılaşacaq. Bu komandaların Fransada keçirilən ilk oyunu 1:1 hesabı ilə yekunlaşdığından komandamızın növbəti mərhələyə çıxmaq üçün yaxşı şansı var.

Amma buna görə “Qəbələ”yə sərfəli nəticə ilə yanaşı həm də stadionda güclü dəstək lazımdır.

Qeyd edək ki, “Qəbələ” – “Lill” oyunu sabah saat 21.00-da Bakıdakı 8-ci kilometr qəsəbəsi stadionunda başlayacaq.

Matça biletləri sözügedən arena və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.



Son xəbərlər
topaz banner