"Qarabağ"ı qiymətləndirməyə bilmərik"

"Qarabağ"ı qiymətləndirməyə bilmərik"
ÖLKƏ FUTBOLU 29 İyul 2016 / 15:58 9660
-  A +

"Bizim üçün Çempionlar Liqası daha əhəmiyyətlidir. Ancaq daxili çempionatdakı mübarizədən də çəkinmək istəmirik. Mövsümün ilk matçında "Jihlava" ilə qarşılaşacağıq. Bu oyun da bizim üçün asan keçməyəcək".

Qol.az-ın məlumatına görə, bu sözləri "Viktoriya"nın futbolçusu Yan Kopiç klubun rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la keçirəcəkləri cavab görüşü haqda da danışan 26 yaşlı futbolçu bunları bildirib:

"Bizim geniş heyətimiz var. Baş məşqçi heyətdə müəyyən dəyişikliklər edə bilər. Biz bir komandayıq və oynamaq istəyirik. Əgər baş məşqçi heyətdə dəyişiklik etsə, meydana çıxacaq hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. "Qarabağ"ı qiymətləndirməyə bilmərik. Cavab matçında hər birimiz maksimum gücünü ortaya qoyacaq. Çünki qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.

Daha çox


Son xəbərlər