"Şanslar 50/50-dir" – "Lill"in baş məşqçisi

"Şanslar 50/50-dir" – "Lill"in baş məşqçisi
ÖLKƏ FUTBOLU 28 İyul 2016 / 23:32 10230
-  A +

"Komandada çətinliklər var idi. Erkən qol buraxmağımız pis oldu. Bakıdakı oyunda daha hazırlıqlı olacağıq".

Qol.az-ın Fransaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri "Lill"in baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Qəbələ" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.

Antonetti komandasının mərhələ keçmək şansının 50-nin 50-yə olduğunu bildirib: "Cavab oyunu barədə nəsə demək çətindir. İnanıram ki, mərhələni adlayacağıq. Çox hücum etdik, ancaq bu fürsətlərin hamısından istifadə edə bilmədik. "Qəbələ" təcrübəli komandadır. Mərhələ adlamaq şansımız 50/50-dir".

Komandasının əsas hücumçusu Ederin də durumuna aydınlıq gətirən Antonetti bunları deyib: "Eder cavab oyunu üçün Bakıya gedəcək heyətdə ola bilər. Amma yüz faiz deyə bilmərəm ki, cavab görüşündə meydana çıxacaq, ya yox".

Daha çox


Son xəbərlər