"Şanslar bərabərdir" – "Viktoriya"nın kapitanı

"Şanslar bərabərdir" – "Viktoriya"nın kapitanı
ÖLKƏ FUTBOLU 27 İyul 2016 / 11:03 8240
-  A +

"Qarabağ"ı qol buraxmadan məğlub etmək istəyirdik. Əsas məqsədimiz bu idi. Lakin qol imkanlarından yararlana bilmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Viktoriya"nın kapitanı Roman Hübnik Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"la 0:0 bərabərə qaldıqları ilk matçdan sonra Çexiya mətbuatına açıqlamasında deyib.

32 yaşlı futbolçu komandasının mərhələ keçmək şansının 50-nin 50-yə olduğunu bildirib: "Oyun ərzində xeyli qol imkanlarımız oldu. Lakin son nöqtəni qoya bilməməyimiz əsas problemimizdir. Baş məşqçi də fasilədə buna görə bizi tənqid etdi. Cavab görüşündə daha yaxşı oynamalıyıq. Düşünürəm ki, "Qarabağ" evdə hücuma atılacaq və bu da bizə əks-hücum imkanları verəcək. Əgər bir qol vursaq, rəqib ikisini vurmalı olacaq. İlk oyunumuz çox çətin keçdi. Mərhələ keçmək şanslarımız bərabərdir".

Qeyd edək ki, "Qarabağ" və "Viktoriya" arasında cavab görüşü avqustun 2-də, Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər