“Futbolçuların formasındakı soyad Azərbaycan dilində yazılacaq”

“Futbolçuların formasındakı soyad Azərbaycan dilində yazılacaq”
XƏBƏR 26 İyul 2016 / 12:09 6255
-  A +

Yeni mövsüm Topaz Premyer Liqasında futbolçuların formalarında onların ad və ya soyadı bundan sonra Azərbaycan dilində yazılacaq.

Qol.az-ın xəbərinə görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, bu qərar ictimaiyyətin qınağından sonra qəbul olunub: “Qərar məcburidir”.

Qeyd edək ki, formalarda soyadın ingilis dilində yazılması narazılıq doğurmuşdu.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

topaz banner