Eder yenidən "Lill"in düşərgəsində

Eder yenidən "Lill"in düşərgəsində
XƏBƏR 25 İyul 2016 / 13:32 7858
-  A +

Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Lill" klubunun hücumçusu Eder Fransaya qayıdıb.

Qol.azın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Avro-2016"nın qalibi olan portuqaliyalı futbolçu iki həftəlik istirahətin ardından "Lill"in düşərgəsinə qoşulub.

"Avro-2016"nın finalında Fransa ilə görüşdə vurduğu yeganə qolla Portuqaliya yığmasına ilk Avropa çempionluğunu qazandıran 28 yaşlı futbolçu klubunun heyətində də fərqlənməklə qələbələr qazanmaq istədiyini bildirib.

Qeyd edək ki, iyulun 28-də Fransada keçiriləcək "Lill" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner