"Qarabağ" bu gün gedir

"Qarabağ" bu gün gedir
ÖLKƏ FUTBOLU 25 İyul 2016 / 12:34 7715
-  A +

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Çexiyada "Viktoriya"nın qonağı olacaq "Qarabağ" bu gün adı çəkilən ölkəyə yola düşəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün saat 15:30-da Bakı - Plzen reysi ilə ölkəni tərk edəcək.

Axşam saatlarında komandanın oyunun keçiriləcəyi şəhərə çatacağı gözlənilir.

Qeyd edək ki, sabah "Dusan Arena"da keçiriləcək "Viktoriya" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Daha çox


Son xəbərlər