"Milan"da ciddi itki

"Milan"da ciddi itki
XƏBƏR 25 İyul 2016 / 12:23 3717
-  A +

ABŞ-da təlim-məşq toplanışında olan "Milan" ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Jeremi Menez zədələnib.

Əzələsini dartan fransalı futbolçu tibbi müayinədən keçmək üçün artıq İtaliyaya qayıdıb. Onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm zədə səbəbindən 6 ay yaşıl meydanlardan kənarda qalıb.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner