"Yuventus"dan 94 milyon avroluq transfer

"Yuventus"dan 94 milyon avroluq transfer
XƏBƏR 23 İyul 2016 / 15:43 12525
-  A +

"Napoli"nin hücumçusu Qonzalo İquainin yeni komandası müəyyənləşib.

Qol.az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, argentinalı futbolçu "Yuventus"la anlaşıb.

Turin təmsilçisi İquain üçün 94 milyon avro təzminat ödəməyə razılaşıb. Tibbi müayinədən keçəcək 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq. İquain "Yuventus"da ilinə 7,5 milyon avro qazanacaq. İtaliya nəhənginin bu transferi yaxın vaxtlarda rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, 2013-cü ildən "Napoli"də çıxış edən İquain keçirdiyi 94 oyunda 71 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner