Azərbaycanın ən köklü klubu Avroliqanın ikinci mərhələsində mübarizəni dayandırdı. "Neftçi" ölkəmizin müstəqilliyini bərpa etdiyi 25 ilə yaxın bir dövrdə ən ağır günlərini (nəticə və idarəçilik baxımından) keçirir. Adını futbolumuzun bayraqdarı qoyub, amma əvvəlcə Maltanın daha çox həvəskar futbolçularından qurulan balaca kəndinin, sonra da futbol ölkəsi olmayan Makedoniyanın ortabab komandasına uduzur...
Əslində təəccüblü nəsə yoxdu. Təəssüf ki, belə olacağı lap əvvəldən proqnozlaşdırılırdı. Mütəxəssislər, media, sıravi azarkeşlər "Neftçi"də böhranın daha dərin olduğunu görür və xəbərdarlıq edirdilər. Amma klubun Müşahidə Şurasında oturan, bir-ikisini çıxmaqla futbola dəxli olmayan adamlar təbii ki, bunu dərk etmədilər. Klubu faktiki idarə edən SOCAR rəsmisi Zaur Qəhrəmanov və Elnur Məmmədov xəyallara qapılıb düşündülər ki, məşqçilikdə zərrə qədər uğuru olmayan Vəli Qasımovla, bərbad transferlərlə möcüzə yaradacaqlar...
Amma çoxunun proqnozlaşdırdığı gerçəkləşdi. “Neftçi” Avroliqadan vaxtından əvvəl, adına və tarixinə yaraşmayacaq şəkildə vidalaşdı... Zaur Qəhrəmanov, Elnur Məmmədov, Müşahidə Şurasının sədri və digər üzvləri, məşqçi Vəli Qasımov, hər birinizə ayrı-ayrılıqda dırnaqarası "Bravo" deyirik...

Düz 1 il 5 aydı “Neftçi”də yeni rəhbərlik formalaşıb. Müşahidə Şurası. Bu rəhbərliyin dövründə “Neftçi” bir klub və komanda olaraq nəyə nail olub? Baxın statistikaya: ilk illərində komanda sürünə-sürünə gəlib dördüncü yeri tutdu, kubokun finalına çıxsa da, “Qarabağ”a uduzdu. Elə həmin il Avroliqanın birinci mərhələsində Çernoqoriya təmsilçisi “Mladost”a uduzaraq mübarizəni dayandırdı. Rəhbərlik yeni idi deyə haradasa çox təzyiq olmadı onlara. Bəs, növbəti mövsümə nə deyirsiniz? Klubun büdcəsi nə qədər azalsa da, yenə də maliyyəsinə görə Premyer Liqamızda ən yaxşı üçlükdə idi. Amma hətta bu durumunda və bərbad vəziyyətdə olan son çempionatımızda belə “Neftçi” bir il əvvəlkindən daha pis nəticə göstərdi: 6-cı yer! Kubokun finalında isə “Qarabağ”a növbəti dəfə uduzdular.
Amma “Neftçi” haqqı olmasa da, sırf bəxt amilinə görə, “Zirə” və “İnter”ə UEFA tərəfindən tətbiq edilən qadağa səbəbindən gəlib Avroliqada oynadı. Və burda da biabırçı nəticələr... Özü də kimlərlə oyunlarda? Bu komanda Malta və Makedoniya təmsilçilərinə uduzur. Komandanın gələcəyi qaralanlıqdır. Nə düşünür görəsən, Zaur Qəhrəmanov, Elnur Məmmədov və Müşahidə Şurasının üzvləri? Hanı nəticələr? Bir çönüb stadionun tribunalarına baxsınlar. Hardadı “Neftçi”nin bir zamanlar sektorları dolduran onminlərlə azarkeşi?
Deyirlər, baza, stadion tikirik... İstəyirsən, burada lap yeni “Uembli”, “Marakana” tik, nəticələrin bərbad olandan sonra kimə lazım olacaq o arena? Oyununa kütləvi halda gələn yoxdu “Neftçi”nin. Bir zamanlar axı xalqın komandası idi. Görün, nə günləri qoydular “Flaqman” adlandırılan “Neftçi”ni...
Hamı küsüb, inciyib bu komandadan...
Müşahidə Şurası, “Neftçi”ni idarə edənlər görəsən başa düşür bunları?
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video