“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov MTK ilə oyundan sonra jurnalistlər üçün brifinq keçirib.
- Səfərdə olduğu kimi, “Qəbələ” evdə də MTK-dan üstün oldu. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Komandamız oyuna yüksək əhval-ruhiyyədə çıxmışdı. Əvvəldən futbolçulara tapşırılmışdı ki, arxayınlaşmaq olmaz. Gözlədiyimiz kimi də oldu. Hər kəs öz məsuliyyətini anlayırdı. Komanda gözəl oyunla qalib gəldi.
- Görüş sizin üçün darıxdırıcı olmadı? Xüsusən də ikinci hissə...
- Təki oyun darıxdırıcı olsun, amma mərhələ keçək (gülür).
- “Lill”lə oyunöncəsi “Qəbələ” güclənəcək?
- Artıq məlumatınız var. Kamerunlu hücumçu Marsel Essombeni transfer edirik. Bütün məsələlər həll olunub. Onun Bakıya gəlməsini gözləyirik ki, rəsmi müqavilə imzalayaq.
- Müqavilə hansı müddətə nəzərdə tutulub?
- 2 illik.
- Marsel Essombe Beqali Dabo ilə əvvəl bir klubda çıxış edib. Essombenin “Qəbələ”yə gəlişində Dabonun rolu var?
- Yəqin ki, Dabo ilə danışıqları olub. O da burda gördüklərindən söz açıb.
- Essombenin “Astra”ya keçidi gözlənilsə də, o, “Qəbələ”yə üstünlük verdi. Bu seçimdə maddi amilin rolu var?
- Bilirsiniz ki, komandamızın büdcəsi azaldılıb. Biz ona elə də yüksək məbləğ təklif etməmişik. “Astra”nın təklifi haqda məlumatım var. Mətbuatdan oxuduğuma görə, onlar futbolçuya aylıq 10-12 min əməkhaqqı təklif ediblər. Bizim təklifimizlə onların dedikləri məbləğ arasında böyük fərq yoxdur.
- “Lill”lə oyuna qədər Essombenin keçidini rəsmiləşdirmək mümkün olacaq?
- Bu keçidi artıq həll olunmuş saymaq mümkündür.
- Ötən il Avroliqanın III təsnifat mərhələsində rəqibiniz “Apollon” idi, bu dəfə “Lill”. Təəssüratlarınızı bilmək istərdik.
- Baş məşqçimizlə söhbətimiz olub. O, təcrübəni üstün tutur. Biz ötən il göstərdik ki, inam, zəhmət olan yerdə Allah qarşılığını verir. Keçilməz sədd yoxdur. Şans varsa, yararlanmağa çalışacağıq.
- “Samtredia” ilə Bakıda oyundan sonra qeyd etmişdiniz ki, yeni legionerlərin gücünə qiymət vermək üçün tezdir. İndi fikriniz necədir?
- Şəxsi fikrimi soruşursunuzsa, legionerləri çox bəyənirəm. Amma həmin futbolçuların Qələbəyə gedib, yerli mühitə necə uyğunlaşacaqları əsasdır. Ümimi götürsək, builki legionerlərimiz gözlədiyimizdən də yüksəkdir.
- Uiks Dodonu unutdurub?
- Yox. Dodo başqa tip oyunçu idi. Dodonu unutmağımız üçün xeyli vaxt lazımdı. Təkcə elə Afinada “Panatinaios”a vurdğu qolları qeyd etmək olar.
- Klub prezidenti Tale Heydərov bu gün stadionda deyildi...
- Taleh bəy hazırda ölkə xaricində olduğu üçün stadionda deyildi. Amma Macarıstanda baş tutan ilk görüşü stadiondan canlı izləmişdi. O, daim komandamızın yanındadır və bizə dəstək olur.
- Yayda “Qəbələ”də ciddi islahatlar oldu. Heyət dəyişdi, büdcə azaldıldı. Həmin vaxt Avroliqada 2 mərhələ keçəcəyinizi gözləyirdiniz?
- Həmin vaxt rəqiblərimiz tam bəlli deyildi. Hər zaman gücümüz nəyə çatırsa, ona da çalışırıq. Hələ ki nəticədən razıyam. Amma növbəti mərhələyə çox ciddi hazırlaşmalıyıq.
- “Lill”ə qarşı ilk oyunu səfərdə keçirmək “Qəbələ” üçün azacıq üstünlük hesab oluna bilər?
- Bunun elə də ciddi fərqi yoxdur.
- Komandanız Avroliqada inamlı təsir bağışlayır. Lakin Premyer Liqada bu heyətlə müzakirə apara bilməyəcəksiniz. Legioner limiti “Qəbələ”yə problem yara bilər?
- Keçən il bu problemi gördük. Mümkündür ki, yenə də təkrarlansın. Bu gün “Qəbələ”nin heyətindəki yerli oyunçuların əksəri gənclərdi.
- Daha əvvəl limitin dəyişdirilməsini təklif etmişdiniz.
- İndi də həmin fikirdəyəm. Az əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə də bu haqda qısa söhbətimiz oldu. Etiraf etmək lazımdır ki, yerli futbolçu potensialımız zəifdir. Komandaların sayı artmalıdır. “Qəbələ”nin əvəzedici heyətindən yayda 12 futbolçu seçildi. Onlardan 6-nı əsas komandaya götürdük, birini AZAL-a, birini də “Sumqayıt”a icarəyə verdik. Bəs digərləri neyləsin, harda oynasınlar? Həmin gənclərin oynaması üçün komanda lazımdır. 8 klubla əziyyət çəkirik. Buna görə də say mütləq artmalıdır.
- Aleksey Antonova kompensasiya ödənildi?
- Bəli, kompensasiya ödədik. Amma məbləği deyə bilmərəm.
- Sizcə onun komandaya daha çox xeyri dəydi, yoxsa ziyanı?
- Ötən il qrupa düşmüşdük. Bunda hər bir futbolçu kimi Antonovun da rolu olub. Kiminsə əziyyətini azaldıb, artıra bilmərəm. Çempionatda 6 qol vurdu. Lakin həmin qollar bizə kifayət etmədi.
Mənbə: futbolxeber.az
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi