"Real" 75 milyon avroluq təklifi rədd etdi

XƏBƏR 21 İyul 2016 / 15:57 10497
-  A +

"Çelsi" "Real"ın futbolçusu Alvaro Moratanı transfer etmək istəyir.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, London təmsilçisi artıq bunun üçün İspaniya klubuna rəsmi təklif göndərib.

Lakin Madrid təmsilçisi "Çelsi"nin 75 milyon avroluq təklifini rədd edib.

Qeyd edək ki, "Real"la 2021-ci ilə qədər müqavilə imzalayan Morata "kral klubu"nda ilinə 6 milyon avro qazanacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner