Qötze yenidən "Borussiya"da

Qötze yenidən "Borussiya"da
XƏBƏR 21 İyul 2016 / 15:00 5173
-  A +

"Bavariya"nın yarımmüdafiəçisi Mario Qötze yenidən sabiq komandası "Borussiya"ya qayıdıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu yeni mövsümdən Dortmund təmsilçisinin şərəfini qoruyacaq.

Almaniyalı futbolçu tibbi müayinədən keçdikdən sonra "Borussiya" ilə 4 illik müqavilə imzalayacaq. Dortmund klubu bu transfer üçün "Bavariya"ya 23 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2013-cü ildə 37 milyon avro müqabilində "Borussiya"dan "Bavariya"ya transfer olunan Qötze Bundesliqada keçirdiyi 73 oyunda 22 qol vurub.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner