Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda

Daha bir  azərbaycanlı futbolçu Portuqaliya klubunda
ÖLKƏ FUTBOLU 21 İyul 2016 / 13:32 12218
-  A +

Rusiyanın "Krılya Sovetov" klubundan ayrılan əslən azərbaycanlı futbolçu Emin Mahmudovun yeni komandası müəyyənləşib.

Qol.az-ın "Sport-ekpress" qəzetinə istinadən verdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.

E.Mahmudov "Boavişta" klubu ilə müqavilə imzalayıb. Lakin müqavilənin müddəti açıqlanmayıb. Bu transferin bu gün klub tərəfindən rəsmən açıqlanacağı gözlənilir. "Boavişta" ötən mövsüm Portuqaliya yüksək liqasını 14-cü pillədə başa vurub.

Qeyd edək ki, ötən mövsüm "Mordoviya"da icarə əsasında oynayan Emin Mahmudov keçirdiyi 19 oyunda 4 sarı vərəqə ilə cəzalandırılıb.

Xatırladaq ki, E.Mahmudovdan əvvəl başqa bir azərbaycanlı futbolçu - Elnur Cəfərov Portuqaliya yüksək liqa təmsilçisi "Tondela" ilə müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər