"Sumqayıt" Gürcüstan klubu ilə bərabərə qaldı

"Sumqayıt" Gürcüstan klubu ilə bərabərə qaldı
XƏBƏR 21 İyul 2016 / 00:22 3716
-  A +

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubu növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi "Torpedo"su ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.

Qeyd edək ki, "Sumqayıt" Boluda son yoxlama oyununu iyulun 25-də keçirəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner