“Arzulayırıq ki, sabah siz istəyən hesabla udaq (5:0 nəzərdə tutur-red.). Amma bu rəqiblə çox çətin olacaq. Əvvəlki oyundakı səhvləri təkrar etməməliyik”.
Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının II təsnifat mərhələsinin Macarıstanın MKT klubu ilə oyun öncəsi deyib.
Ukraynalı mütəxəssis rəqibin gücünə qadir olduqlarını bildirib:
“Rəqibi yaxşı tanıyırıq, onları analiz etmişik. Hər şeyə real yanaşmaq lazımdır. Bir həftə ərzində hazırlıq keçmişik. Oyunçularla söhbətimiz olub. Onlar rəqibin nəyə qadir olduğunu bilirlər. İnanmıram ki, hansısa futbolçum növbəti mərhələdə olduğumuzu düşünsün. Oyunçularımda arxayınçılıq olmayacaq. Onlar rəqibin gücünə bələddirlər”.
Qriqorçuk hücumçu transfer etmələri ilə bağlı sualı belə cavablandırıb:
“Transfer pəncərəsi hələ açıqdır. Heyətə hücumçu cəlb etmək istəyirik. Həmin transferi tez reallaşdırmalıyıq. Həm də futbolçu bizə kömək edəcək gücdə olmalıdır. Qısa vaxt ərzində istədiyimiz hücumçunu tapmaq çətindir. Oyunçu sayını artırmaq üçün yox, gücümüzə güc qatmaq üçün transfer reallaşdırmalıyıq”.
“Qəbələ”nin çalışdırıcısı mərhələ adlayacaqları halda, qarşılaşacaqları “Lill”dən də söz açıb:
“Bu barədə danışmaq istəməzdim. Bunu hörmətsizlik kimi qəbul etməyin. Sadəcə olaraq, məni hazırda sabahkı oyun maraqlandırır. Çünki cütün taleyi həll olunmayıb, Sadəcə onu deyə bilərəm ki, belə rəqibə qarşı oynamaq futbol adına bizim üçün böyük hadisə olar. “Lill”lə görüşlərdə motivasiyaya ehtiyac yoxdur. Rəqibin adı motivasiyadır”.
Ukraynalı mütəxəssis hələlik sabahkı matç üçün start heyətini müəyyənləşdirmədiyini vurğulayıb:
“Sabahkı görüşdə hansı heyətə güvənəcəyimi dəqiq deyə bilmərəm. Bunu sabah biləcəyəm. Amma əvvəlki görüşdəki heyətə oxşar “11-lik” olacaq”.
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı