Ançelotti: "Levandovski "Real"a lazım deyil"

Ançelotti: "Levandovski "Real"a lazım deyil"
XƏBƏR 20 İyul 2016 / 17:03 7243
-  A +

"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti klubun hücumçusu Robert Levandovskinin Madrid "Real"ına keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis polşalı forvardın yeni mövsümdə də "Bavariya"da qalacağını deyib:

"Rəhbərlik mənə dedi ki, Levandovski komandada qalacaq. "Real"ın Levandovski ilə maraqlandığını eşitmişəm. Ancaq onların hücumda Ronaldo, Benzema və Beyl kimi çox gözəl futbolçuları var. Düzünü desəm, Levandovski "Real"a lazım deyil. Lazım olsa belə, "Bavariya" onu "Real"a satmazdı. Niyə də dünyanın ən yaxşı hücumçularından birini digər kluba sataq?".

Qeyd edək ki, Polşa millisinin üzvü 2014-cü ildə "Borussiya"dan (Dortmund) "Bavariya"ya transfer olunub.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner