"Liverpul" eston futbolçu aldı

XƏBƏR 20 İyul 2016 / 16:10 6520
-  A +

"Liverpul" yeni mövsüm öncəsi növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İngiltərə təmsilçisi "Ausburq"un müdafiəçisi Raqnar Klavanı transfer edib.

Estoniya millisinin futbolçusu ilə uzun müddətli müqavilə imzalanıb. Lakin sözləşmənin müddəti açıqlanmayıb. "Liverpul" bu transfer üçün "Ausburq"a 4 milyon funt ödəyib.

Qeyd edək ki, "Liverpul" daha öncə Sadio Mane, Marko Qrujiç, Joel Matip və Loris Kariusu transfer edib.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner