"Qarabağ" düşündüyümdən də güclüdür"

ÖLKƏ FUTBOLU 20 İyul 2016 / 15:46 13200
-  A +

"Qarabağ" çox yaxşı komandadır. Biz güclü komanda ilə qarşılaşacağımızı bilirdik. Ancaq mən təəccübləndim. Çünki rəqib düşündüyümdən də güclüdür".

Qol.az-ın məlumatına görə, bu sözləri "Düdelanj"ın yarımmüdafiəçisi Kevin Nakaş Lüksemburq mətbuatına açıqlamasında deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün qarşılaşacaqları "Qarabağ" haqda danışan Nakaş axşamkı matçın çətin keçəcəyini bildirib:

"İkinci hissədə daha yaxşı oynadıq və rəqibə uduzmadıq. Hətta tribunalarda onları fitə basırdılar. Bu isə onlarda müəyyən problemlər olduğunu göstərirdi. Təbii ki, cavab görüşü çətin keçəcək. Ancaq biz cavab matçına yaxşı hazırlaşmışıq və fiziki cəhətdən yüz faiz hazırıq. Qələbə qazanmaq şansımız var".

Qeyd edək ki, bu axşam keçiriləcək "Düdelanj" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər