"Barselona"da yeni müqavilə

"Barselona"da yeni müqavilə
XƏBƏR 19 İyul 2016 / 16:55 6108
-  A +

"Barselona" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi komandanın hücumçusu Munir Əl-Haddadi ilə yeni müqavilə imzalayıb.

Yeni sözləşməyə əsasən 20 yaşlı futbolçu 2019-cu ilə qədər "Barselona"nın şərəfini qoruyacaq. Mərakeşli futbolçunun təzminat qiyməti 50 milyon avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Əl-Haddadi ötən mövsüm La Liqada keçirdiyi 15 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner