"Arsenal"ın yeni kapitanı bəlli oldu

"Arsenal"ın yeni kapitanı bəlli oldu
XƏBƏR 18 İyul 2016 / 18:53 7213
-  A +

"Arsenal"ın yeni kapitanı müəyyənləşib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, yeni mövsümdən London təmsilçisinin kapitanı müdafiəçi Per Mertezaker olacaq.

Mikel Artetanın "Arsenal"dan gedişindən sonra "topçular"da kapitanlıq sarğısı 31 yaşlı alman futbolçuya, vitse-kapitanlıq isə Loren Koselniyə həvalə olunub. Bu iki futbolçunun meydana çıxmayacağı təqdirdə kapitanlıq sarğısını Petr Çex və ya Teo Uolkot geyinəcək.

Qeyd edək ki, Mertezakerin "Arsenal"la müqaviləsi gələn ilin yayında başa çatacaq.


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner