Almeydanın yeni klubu bəlli oldu

Almeydanın yeni klubu bəlli oldu
XƏBƏR 18 İyul 2016 / 16:03 12292
-  A +

"Beşiktaş"ın sabiq hücumçusu Hüqo Almeydanın yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, ötən mövsümü "Hannover"də keçirən portuqaliyalı futbolçu karyerasını Yunanıstan superliqasında davam etdirəcək.

32 yaşlı futbolçu AEK klubu ilə anlaşıb. Almeydanın superliqa klubuna keçidi ilə bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2001-2014-cü illərdə "Beşiktaş"da oynayan Almeyda keçirdiyi 88 oyunda 37 qol vurub.


Son xəbərlər
topaz banner