"Napoli"dən İquain açıqlaması

"Napoli"dən İquain açıqlaması
XƏBƏR 18 İyul 2016 / 11:09 5384
-  A +

"Napoli" futbolçusu Qonzalo İquainin satacağı iddialarına münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun mətbuat xidmətinin rəhbəri Nikola Lombardo argentinalı hücumçunun "Napoli"də qalacağını deyib:

"İquainin bizə ayrılmaq istədiyini söyləməyib. Bundan başqa, klub onu satmağı düşünmür. O, "Napoli"də qalacaq".

Qeyd edək ki, Q.İquainin "Yuventus"la razılığa gəldiyi iddia edilirdi.


Son xəbərlər
topaz banner