"Kəpəz"in rəqibindən böyükhesablı qələbə

"Kəpəz"in rəqibindən böyükhesablı qələbə
XƏBƏR 17 İyul 2016 / 15:53 5802
-  A +

Avropa Liqasının II təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan "Admira" Avstriya kubokunun yeni mövsümündə ilk oyununu keçirib.

Qol.az-ın məlumatına görə, “Admira” səfərdə "Dornbirner"lə qarşılaşıb.

Oyun "Kəpəz"in rəqibinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kristof Monşayn dubl edib, digər qolları isə Toni Vastiç və Markus Bluç vurub.

Qeyd edək ki, səfərdə keçirilən oyunda "Kəpəz" rəqibinə 0:1 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu iyulun 20-də Bakıda keçiriləcək.  

Son xəbərlər
topaz banner