"Yuventus"dan növbəti transfer

"Yuventus"dan növbəti transfer
XƏBƏR 17 İyul 2016 / 10:30 10183
-  A +

"Yuventus" klubu növbəti transferini etməyə yaxındır.

Qol.az-ın məlumatına görə, Turin təmsilçisi Zaqreb "Dinamo"sunun futbolçusu Marko Pyaçanı heyətinə cəlb edəcək.

Bu barədə Xorvatiya mətbuatına futbolçunun meneceri Marko Naletiliç açıqlama verib. O, 21 yaşlı hücumçunun klubu ilə "Yuventus" arasında razılaşma əldə olunduğunu deyib.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2014-cü ildən "Dinamo"da çıxış edir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner