UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
XƏBƏR 16 İyul 2016 / 19:55 7904
-  A +

Azərbaycan hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının üçüncü turunun İngiltərə - Xorvatiya oyununun baş hakimi olacaq.

Qeyd edək ki, İngiltərə - Xorvatiya görüşü iyulun 18-i keçiriləcək.

Xatırladaq ki, Ə.Ağayev bundan əvvəl sözügedən turnirdə İtaliya - Avstriya qarşılaşmasını idarə edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner